BMT ABŞ və İranı dialoqu davam etdirməyə çağırıb

Tarix: 19 Feb 2026 22:50

BMT Yaxın Şərqdə hərbi gücün artmasından son dərəcə narahatdır və ABŞ və İranı fikir ayrılıqlarını həll etmək üçün danışıqları davam etdirməyə çağırır.

APA xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stefan Dujarrik mətbuata açıqlaması zamanı danışıb.

"Baş katib gördüyümüz hərbi güclənmə və hərbi təlimlərdən son dərəcə narahatdır. Həm İran İslam Respublikasını, həm də ABŞ-ı Omanın vasitəçiliyi ilə danışıqları davam etdirməyə çağırırıq", - o bildirib.

Xəbər Lenti