Cümə, 20 Ferval, 2026
Tarix: 20 Feb 2026 06:02
İsrail ordusu Suriyanın cənubundakı Quneytra əyalətinin bir neçə bölgəsini artilleriyadan atəşə tutub.
APA xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.
Məlumata görə, əyalətdə yerləşən əl-Mantarah bəndinin yaxınlığında, eləcə də Mşeyrifə və Rasem əl-Kabu kəndlərinə mərmilərin düşməsi qeydə alınıb.
Günortadan sonra İsrail ordusuna aid təyyarələr Suriyanın cənub bölgələrinin üzərində intensiv kəşfiyyat uçuşları həyata keçirib.