Cümə, 20 Ferval, 2026
Tarix: 20 Feb 2026 06:58
İran Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsi Həmədan əyalətində qəzaya uğrayıb, nəticədə bir pilot həlak olub.
APA xəbər verir ki, bu barədə Cəmaran portalı məlumat yayıb.
Məlumata görə Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsi axşam saatlarında gecə təlimi zamanı qəzaya uğrayıb.
Hadisə nəticəsində bir pilot həlak olub, digəri isə sağ qalıb.
Qəza ilə bağlı araşdırma başlanıb.