Cümə, 20 Ferval, 2026
Tarix: 20 Feb 2026 07:49
Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges Milli Assambleya (parlamenti) tərəfindən yekdilliklə qəbul edilən Demokratik Birgə Yaşamaq üçün Amnistiya Qanununu imzalayıb.
APA xəbər verir ki, Rodriges bu barədə Venesuela televiziyasında çıxışı zamanı məlumat verib.
Qanun hazırda həbsdə olan siyasi məhbusların azad edilməsini nəzərdə tutur.
Qeyd edək ki, 1 yanvar 1999-cu ildən bu yana olan dövrü əhatə edən qanun “Rəsmi Qəzet”də dərc edildikdən sonra qüvvəyə minəcək.