Erməni nazir: Metsamor AES-i 2046-cı ilə qədər texniki cəhətdən saxlamaq mümkündür

Tarix: 20 Feb 2026 10:36

Metsamor Atom Elektrik Stansiyasının (AES) istismar müddətinin uzadılması üzrə ikinci proqram yaxın gələcəkdə işə salınacaq.

APA xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəçiliyi və infrastruktur naziri David Xudatyan “Armenpress”ə bildirib.

Nazir deyib ki, nəticədə Metsamor AES 2036-cı ilə qədər fəaliyyət göstərəcək.

David Xudatyanın sözlərinə görə, Metsamor AES-i 2046-cı ilə qədər Ermənistan enerji sistemində saxlamaq texniki cəhətdən mümkündür, lakin hökumət hər şeyi edəcək ki, ona ehtiyac olmasın.

Metsamor Atom Elektrik Stansiyası David Xudatyan

Xəbər Lenti