İranlı nazir: ABŞ-la neft-qaz sahəsində əməkdaşlıq mümkündür

Tarix: 20 Feb 2026 12:17

İranın neft naziri Mohsen Paknejad ölkəsi ilə ABŞ arasında neft-qaz sektorunda əməkdaşlıq ehtimalından danışıb.

APA-nın İran mediasına istinadən verdiyi xəbərə görə, o, nüvə danışıqlarını nəzərə alaraq, “hər şey mümkündür” deyib.

Nazir Tehranla Vaşinqton arasında neft-qaz sektorunda əməkdaşlığın hazırda həyata keçirilib-keçirilməyəcəyinin bəlli olmadığını qeyd edib.

Qeyd edək ki, bundan əvvəl bəzi KİV-də İranın ABŞ-a neft sahəsində əməkdaşlıq təklif etdiyi ilə bağlı yazılar dərc olunub.

Toğrul Quluzadə İran ABŞ Paknejad neft qaz əməkdaşlıq

Xəbər Lenti