Cümə, 20 Ferval, 2026
Tarix: 20 Feb 2026 13:36
Rusiya paytaxtındakı QULAQ tarixi Muzeyi bağlanıb.
APA-nın Moskva bürosu xəbər verir ki, həmin muzeyin yerinə "Böyük Vətən müharibəsi" (İkinci Dünya müharibəsi-red.) zamanı Sovet xalqının soyqırımı qurbanlarına həsr olunmuş Xatirə Muzeyi açılacaq.
"Moskvada Xatirə Muzeyi açılacaq. Bu, Sovet xalqının soyqırımı qurbanlarının xatirəsinə həsr olunacaq. Sərgi Böyük Vətən müharibəsi dövründə nasistlərin müharibə cinayətlərinin bütün mərhələlərini əhatə edəcək", - deyə Qulaq Muzeyinin veb saytının əsas səhifəsindəki elanda bildirilib.
Moskva Şəhər Meriyası yeni muzeyin 2026-cı ildə açılacağını bəyan edib.
Qeyd edək ki, 2024-cü ilin noyabr ayında Qulaq tarixi Muzeyi texniki səbəblərə - yanğın təhlükəsizliyi pozuntularına görə qapılarını qeyri-müəyyən müddətə bağlayacağını açıqlayıb. Muzey bundan sonra fəaliyyətini bərpa etməyib.
Fərid Əkbərov QULAQ muzey müharibə soyqırımı