Cümə, 20 Ferval, 2026
Tarix: 20 Feb 2026 13:32
Rusiyada çinli turistləri daşıyan avtomobil Baykal gölünə düşüb.
APA-nın Rusiya bürosu xəbər verir ki, buzun üstündə hərəkət edən UAZ mikroavtobusu buzun altına gedib və göldə batıb.
Hadisə nəticəsində 8 nəfərin öldüyü bildirilib.
UAZ Çindən ekskursiyaya gələn turistləri daşıyırmış. Sürücü göldəki çatı hiss etməyib və nəqliyyat vasitəsi buzun altına gedib.
BAZA-nın məlumatına görə, nəqliyyat vasitəsindəki doqquz nəfərdən yalnız biri turist xilas ola bilib. İlkin məlumata görə, yerli sürücü və yeddi Çin vətəndaşı ölüb.
Fərid Əkbərov Rusiya Çin Baykal gölü UAZ mikroavtobusu