Şənbə, 21 Ferval, 2026
Tarix: 20 Feb 2026 22:26
Macarıstan Avropa İttifaqının Ukraynaya 90 milyard avro məbləğində kredit ayırmaq qərarını bloklayıb. APA xəbər verir ki, bu barədə "Financial Times" qəzeti dörd mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, fevralın 20-də Macarıstanın Aİ yanında daimi nümayəndəsi vəsaitin ayrılmasına etiraz edib. Qeyd olunur ki, belə qərarın qəbul edilməsi üçün Aİ-yə üzv olan bütün 27 ölkənin yekdil dəstəyi tələb olunur.
Nəşr vurğulayır ki, sözügedən vəsait ayrılmadığı təqdirdə, Ukraynanı artıq bu ilin ikinci rübündə maliyyə çətinlikləri gözləyə bilər.