Fridrix Merz yenidən Xristian-Demokrat İttifaqı Partiyasının sədri vəzifəsinə seçilib

Tarix: 20 Feb 2026 23:58

Almaniya kansleri Fridrix Merz Xristian-Demokrat İttifaqı Partiyasının sədri vəzifəsinə yenidən seçilib. APA xəbər verir ki, bu barədə "Phoenix" telekanalı məlumat yayıb.

Ştutqart şəhərində keçirilən federal qurultayda Merzin namizədliyini nümayəndələrin 91,17 faizi dəstəkləyib.

Qurultayda 963 səs etibarlı sayılıb. Onlardan 878 nümayəndə Merzin lehinə, 85 nəfər əleyhinə səs verib, 14 nümayəndə isə bitərəf qalıb.

Xəbər Lenti