Tramp: ABŞ Ali Məhkəməsinin qərarı Hindistanla ticarət sazişinə təsir etməyəcək

Tarix: 21 Feb 2026 01:49

ABŞ prezidenti Donald Tramp bildirib ki, Ali Məhkəmənin idxal rüsumları siyasəti ilə bağlı qərarı Vaşinqtonun Nyu-Dehli ilə yeni ticarət razılaşması planlarına təsir göstərməyəcək.

APA xəbər verir ki, Tramp bu barədə Ağ Evdə keçirilən mətbuat konfransında danışıb. “Heç nə dəyişmir. Hindistan təchizatçıları rüsum ödəyəcəklər, biz isə rüsum ödəməyəcəyik”.

O əlavə edib ki, Hindistanın Baş naziri Narendra Modi ilə münasibətləri çox yaxşıdır. “Deyə bilərəm ki, Modi ilə əla münasibətlərim var. Düşünürəm ki, Hindistanla əlaqələrimiz fantastikdir”, – deyə Tramp vurğulayıb.

Xəbər Lenti