Ukrayna Rusiyada “İskəndər” raketləri istehsal edən zavoda zərbə endirib

Tarix: 21 Feb 2026 04:56

Rusiyada “İskəndər” və “Oreşnik” kompleksləri üçün raketlər istehsal edən müəssisəyə zərbə endirilib. APA xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.

Məlumatına görə, gecə saatlarında həyata keçirilən hücum zamanı Udmurtiyanın Votkinsk şəhərində yerləşən “Votkinsk zavodu” hədəfə alınıb. Bildirilir ki, müəssisə “İskəndər-M”, “Topol-M” və “Oreşnik” raketlərinin istehsalı ilə məşğuldur.

Zərbənin “Flaminqo” raketləri ilə endirildiyi iddia olunur.

Qeyd olunur ki, Votkinsk şəhəri ilə Ukrayna sərhədi arasındakı məsafə təxminən 1400 kilometrdir.

Xəbər Lenti