Şənbə, 21 Ferval, 2026
Tarix: 21 Feb 2026 06:25
Kamçatka diyarında 5 bal gücündə zəlzələ baş verib. APA xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.
Zəlzələ Petropavlovsk-Kamçatski şəhərindən 86 kilometr məsafədə qeydə alınıb. Yeraltı təkanların ocağı 50,8 kilometr dərinlikdə yerləşib.