Şənbə, 21 Ferval, 2026
Tarix: 21 Feb 2026 08:54
ABŞ Aerokosmik Agentliyi NASA Artemis-2 missiyasını martda həyata keçirə bilər.
APA xəbər verir ki, bu barədə NASA-nın sözçüsü Lori Qleyz məlumat yayıb.
“Qış simulyasiyaları uğurla başa çatdığı üçün biz martın 6-da raketi buraxa bilərik. Lakin bir məsələdə açıq danışacam: bu tarix hər an dəyişilə bilər” – deyə Qleyz vurğulayıb.
Start Florida ştatındakı Kanaveral burnundan həyata keçiriləcək.
Qeyd edək ki, ABŞ-ın ilk astronavtları Aya ilk dəfə təxminən 50 il əvvəl ayaq basıblar. Artemis-2 missiyasında isə Yerin təbii peykinə eniş planlşdırılmır.