Nazir: Qazaxıstanın yeni konstitusiyası beynəlxalq müqavilələrin icrasına əngəl olmayacaq

Tarix: 21 Feb 2026 12:52

Qazaxıstanın referendumda qəbul edilməsi planlaşdırılan yeni konstitusiyası beynəlxalq müqavilələrin yerinə yetirilməsinə maneə olmayacaq.

APA xəbər verir ki, bunu Qazaxıstanın ədliyyə Naziri Erlan Sarsembayev bəyan edib.

O, bildirib ki, konstitusiyanın yeni versiyasında milli hüququn beynəlxalq hüquqdan üstün tutulması planlaşdırılsa da, ölkənin xarici müqavilələri qüvvədə qalacaq. Nazirin sözlərinə görə, onların icrasına təkpalatalı parlament nəzarət edəcək — bu isə qanunvericilərin məsuliyyətini artıracaq.

Qeyd edək ki, konstitusiyanın yenilənməsi ilə bağlı referendum martın 15-də keçiriləcək.

İlqar Xudiyev Qazaxıstan yeni konstitusiya referendum beynəlxalq müqavilələr

Xəbər Lenti