Kürdəmirdə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Tarix: 24 Nov 2023 18:07

Külüllü-Kürdəmir magistral su kəmərində aparılan təmir-bərpa ilə əlaqədar təmir işləri yekunlaşana qədər Kürdəmir şəhərinə və magistral xətdən su alan kəndlərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

"APA-Economics"in xəbərinə görə, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məlumat yayıb.

Agentlik yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.

Xəbər Lenti