Səfərbərlik Xidmətinin rəhbərliyi Xocalı soyqırımı abidəsini ziyarət edib

Tarix: 26 Feb 2026 11:49

Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov və Xidmətin rəhbər heyəti Bakının Xətai rayonunda ucaldılmış Xocalı soyqırımı abidəsini ziyarət edib.

Bu barədə APA-ya Dövlət Xidmətindən məlumat verilib. Xəbərə görə, Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə güllər düzülüb və faciə qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib.

Selcan Zaurqızı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Mürsəl İbrahimov Xocalı soyqırımı abidəsi

Xəbər Lenti