FHN kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib - VİDEO

Tarix: 26 Feb 2026 16:18

Fövqəladə Hallar Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib.

APA FHN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 26-da nazirliyin kollektivi Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Bakıda soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib.

Abidənin önünə gül dəstələri düzülüb, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib.

FHN Xocalı soyqırımı abidəsi

Xəbər Lenti