Gəncədə güclü külək fəsadlar törədib - FOTO

Tarix: 27 Feb 2026 11:47

Gəncədə güclü külək fəsadlar törədib.

APA-nın yerli bürosunun məlumatına görə, gecə saatlarındanbaşlayan külək şəhərin Heydər Əliyev prospektində, M.Abbaszadə küçəsində,Totanlı dairəsi, 3-cü və 4-cü mikrorayonlar ərazilərində iri gövdəli ağacları aşırıb. Həmçnin şəhərin Füzuli və Nəriman Nərimanov parklarında ağaclar qırılıb.

Bundan başqa, iri gövdəli ağacların biri şəhər ərazində mağazanın üzərinı düşüb. Bəzi ərazilədə isə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Qeyd edək ki, hazırda qərb bölgəsində güclü külək müşahidə olunur.

Fuad Nazimoğlu Gəncə güclü külək fəsad

Xəbər Lenti