Cümə, 27 Ferval, 2026
Tarix: 27 Feb 2026 12:03
Naxçıvan Tibb Kollecinin direktoru vəzifəsindən azad olunub.
APA-nın yerli bürosu xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, kollecin direktoru Sona Məmmədova vəzifəsindən azad edilib. Kollecin direktoru vəzifələrinin müvəqqəti icrası Səidə Şahverdiyevaya həvalə olunub.
Qeyd edək ki, S.Məmmədova 2016-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədri Vasif Talıbov müvafiq sərəncamı ilə direktor təyin edilmişdi.
Azərbaycan Respublikası Baş Nazirinin 31 iyul 2023-cü il tarixli qərarına əsasən, Naxçıvan Tibb Kolleci Azərbaycan Elm və Təhsil Nazirliyi Naxçıvan Dövlət Universitetinin nəzdinə verilib.
Ceyhun Məmmədov Naxçıvan Tibb Kolleci