Cümə axşamı, 5 Mart, 2026
Tarix: 27 Feb 2026 15:34
"APA-Economics" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Şarja-Doha-Bakı aviareyisi ilə gələn 4 nəfər Azərbaycan Respublikası vətəndaşları “yaşıl kanal” vasitəsilə gömrük zonasını tərk etmək istəyərkən əsaslı gömrük yoxlamasına cəlb edilib.
Baxış zamanı sərnişinlərdən gömrük orqanına bəyan edilməyən, ümumilikdə 300 qram “Pump” markalı qızıl külçələr və 47 qram qızıl qolbaqlar aşkar edilib.
İlkin araşdırma zamanı aşkar edilən predmetlərin başqasına məxsus olduğu, onlara Azərbaycan Respublikasına gətirmələri və gömrük nəzarətindən keçirmələri üçün xarici ölkədə verildiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.
İlahə Səlimova Dövlət Gömrük Komitəsi qızıl