Cümə, 27 Ferval, 2026
Tarix: 27 Feb 2026 16:25
Azərbaycan Respublikası Hesablama Palatası və Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə dövlət satınalmalarında payı yüksək olan büdcə təşkilatlarının və publik hüquqi şəxslərin əməkdaşları üçün “Dövlət satınalmalarının təşkili və bu sahə üzrə əsas audit nəticələri” mövzusunda seminar keçirilib.
"APA-Economics" Palataya istinadən xəbər verir ki, seminarın məqsədi sahə üzrə mütəxəssislərin potensialının artırılması ilə dövlət satınalmaları sahəsində mümkün nöqsanların qarşısının alınması üçün preventiv yanaşmaların və effektiv nəzarət mexanizmlərinin təqdim edilməsi olub.
Tədbirdə dövlət satınalmalarında açıq və rəqabətli mühitin formalaşdırılması istiqamətində görülən ardıcıl tədbirlər, müvafiq sahədə qanunvericiliyin təkmilləşdirilməsi, eləcə də satınalma proseslərinin daha səmərəli təşkili baxımından audit nəticələrinin önəmi barədə məlumat verilib. Həmçinin audit orqanının tövsiyələrinə əsaslanaraq təkmil hüquqi çərçivənin tətbiqini dəstəkləyən institusional strukturların, əməliyyat qabiliyyətlərinin və bazar şəraitinin vacibliyi diqqətə çatdırılıb.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov satınalmaların səmərəliliyi və qənaətliliyi üçün gələcəkdə ehtimal olunan qiymətin hesablanması zamanı süni intellektin imkanlarından istifadə ilə bağlı təklif də irəli sürüb.
İlahə Səlimova Hesabalama Palatası seminar