Şənbə, 28 Ferval, 2026
Tarix: 28 Feb 2026 12:33
Ötən ay Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 141,9 milyon manatlıq məhsul istehsal edilib.
Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, əvvəlki ilin yanvar ayı ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 2,8 dəfə artıb, rezin və plastik kütlə məmulatlarının istehsalı 6,7%, kimya sənayesi məhsullarının istehsalı isə 21,2% azalıb.
Yanvarda kimya sənayesi məhsullarından polietilen istehsalı 21,1%, etilen istehsalı 23,7%, rezin və plastik kütlə məmulatlarından plastmas çubuqlar, millər və profillər 17,6%, polietilendən kisə və çantalar isə 26,6% azalıb.
Əşrəf Mehdiyev səhiyyə dərman