Şənbə, 28 Ferval, 2026
Tarix: 28 Feb 2026 14:11
Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş katibi Ərgüc Kələntərli 1 Mart - Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib.
Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Baş katib bu il “Davamlı və dayanıqlı gələcək üçün ekoloji risklərin idarə olunması” mövzusunda qeyd olunan Ümumdünya Mülki Müdafiə Gününün əhəmiyyətinə diqqət çəkib, beynəlxalq ictimaiyyəti sabitlik, təhlükəsizlik və davamlı inkişaf naminə ekoloji risklərlə mübarizə aparmaqda səfərbər olmağa çağırıb.
Emin Şirvanzadə FHN BMMT çağırış