İrandan Azərbaycan sərhədi ilə Səudiyyə Ərəbistanın 18 diplomatı və 5 Tacikistan vətəndaşı təxliyə edilib - YENİLƏNİB

Tarix: 01 Mar 2026 12:31

İndiyə qədər İrandan Azərbaycan sərhədi ilə təxliyə edilənlərin sayı açıqlanıb.

APA xəbər verir ki, ABŞ və İsrailin İrana zərbə endirməsi ilə bağlı 28 fevral saat 8.00-dan bu gün saat 12.00-dək İrandan Astara sərhəd-keçid məntəqəsin ilə 60 nəfərə yaxın Azərbaycan vətəndaşı, 1 nəfər İtaliya vətəndaşı 5 nəfər Tacikistan vətəndaşı, 18 Səudiyyə Ərəbistanı diplomatik nümayəndələri ölkəmizə təxliyə olunub.

***

saat 11.01

İndiyə qədər İrandan Azərbaycan sərhədi ilə təxliyə edilənlərin sayı açıqlanıb.

APA xəbər verir ki, 28 fevral saat 8.00-dan 1 mart saat 10.00-dək İrandan ümumilikdə 31 nəfər - 30 nəfər Azərbaycan vətəndaşı, 1 nəfər İtaliya vətəndaşı təxliyə olunub.

İlkin Rzayev İran Azərbaycan təxliyə

Xəbər Lenti