İrandan Azərbaycan sərhədi ilə Səudiyyə Ərəbistanın 18 diplomatı, Tacikistan, Banqladeş, Qətər və Pakistan vətəndaşları təxliyə edilib - YENİLƏNİB-1 - VİDEO

Tarix: 01 Mar 2026 13:10

İrandan Azərbaycan sərhədi ilə xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir.

APA xəbər verir ki, 3 Banqladeş, 3 Qətər, 1 Pakistan vətəndaşı ölkəmizə təxliyə olunub.

***

saat 12.31

İndiyə qədər İrandan Azərbaycan sərhədi ilə təxliyə edilənlərin sayı açıqlanıb.

APA xəbər verir ki, ABŞ və İsrailin İrana zərbə endirməsi ilə bağlı 28 fevral saat 8.00-dan bu gün saat 12.00-dək İrandan Astara sərhəd-keçid məntəqəsin ilə 60 nəfərə yaxın Azərbaycan vətəndaşı, 1 nəfər İtaliya vətəndaşı 5 nəfər Tacikistan vətəndaşı, 18 Səudiyyə Ərəbistanı diplomatik nümayəndələri ölkəmizə təxliyə olunub.

https://t.me/apa_az/114375

***

saat 11.01

İndiyə qədər İrandan Azərbaycan sərhədi ilə təxliyə edilənlərin sayı açıqlanıb.

APA xəbər verir ki, 28 fevral saat 8.00-dan 1 mart saat 10.00-dək İrandan ümumilikdə 31 nəfər - 30 nəfər Azərbaycan vətəndaşı, 1 nəfər İtaliya vətəndaşı təxliyə olunub.

İlkin Rzayev İran Azərbaycan təxliyə

Xəbər Lenti