İrandan təxliyə edilən tacikistanlı tələbələr və Türkiyə vətəndaşı Azərbaycana təşəkkür edib

Tarix: 01 Mar 2026 18:51

Tehranda tibb təhsili alan Tacikistan vətəndaşı olan 13 tələbə və iki Türkiyə vətəndaşının Astara Sərhəd Gömrük keçid məntəqəsindən Azərbaycana keçidi təmin edilib.

APA-nın xəbərinə görə, tələbələr hava zərbələrindən sonra İranı tərk etmək məcburiyyətində qaldıqlarını bildiriblər.

Tacikistanlı tələbələr Azərbaycana təşəkkür ediblər.

Türkiyə vətəndaşı Erol Emrel isə işlə bağlı İranda olduğunu, məlum hadisələrdən sonra bu ölkəni tərk etmək qərarına gəldiyini söyləyib: “6 saatlıq yolu 2 günə gəldim. İndi qardaş ölkədəyəm, özümü təhlükəsiz hiss edirəm”.

Erol Emrel də Azərbaycana təşəkkür edib.

İlkin Rzayev İran tacikistanlı tələbələr Türkiyə vətəndaşı Azərbaycan

Xəbər Lenti