İranda öldürülən generalların adları açıqlanıb - SİYAHI

Tarix: 02 Mar 2026 00:37

ABŞ və İsrailin hücumu nəticəsində öldürülən bir sıra yüksək rütbəli hərbçilərin adları açıqlanıb. APA xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb. Öldürülənlərin siyahısı:

- general-mayor Məhəmməd Şirazi – Ali Baş Komandanın Ofisinin rəhbəri

- general-mayor Saleh Əsədi – Silahlı Qüvvələrin Baş Qərargahının kəşfiyyat üzrə müavini

- general-mayor, pilot Möhsün Dərəbaği – Silahlı Qüvvələrin təminat və logistika üzrə müavini

- general-mayor Əkbər İbrahimzadə – Ali Baş Komandanın Ofisinin rəhbərinin müavini

- general-mayor Qulamrza Rzaiyan – FARAJA (İranın hüquq-mühafizə orqanları) Kəşfiyyat Təşkilatının rəhbəri

- general-mayor Bəhram Hüseyni Motləq – Baş Qərargahın əməliyyat idarəsinin planlaşdırma və əməliyyat şöbəsinin rəisi

- general-mayor Həsənəli Tacik – Baş Qərargahın təminat idarəsinin rəhbəri

Xəbər Lenti