Avropada təbii qazın qiyməti 19%-dən çox artıb

Tarix: 02 Mar 2026 11:32

ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyat fonunda bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 465 ABŞ dollarını ötüb.

“APA-Economics” xəbər verir ki, 2 mart tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə aprel fyuçerslərinin qiyməti 465,4 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (390,1 dollar) ilə müqayisədə 19,3% çoxdur.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Emil İsmayılov Aİ TTF qazın qiyməti TAP

Xəbər Lenti