TAP ilə indiyədək Avropaya 56 mlrd. kubmetrdən çox təbii qaz nəql edilib

Tarix: 02 Mar 2026 13:10

Trans-Adriatik kəməri (TAP) vasitəsilə indiyə qədər Azərbaycandan Avropaya 56 milyard kubmetrdən çox təbii qaz nəql edilib.

“APA-Economics” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

"Məşvərət Şurası nazirlərinin iclasları ərəfəsində "TAP AG" şirkətinin icraçı direktoru Luka Skiepatti ilə görüşdük. İlin əvvəlində birinci mərhələsi tamamlanan TAP-ın genişləndirilməsinin növbəti mərhələsi və Avropadakı təbii #qazbazarı|nın vəziyyətini müzakirə etdik", - paylaşımda qeyd olunur.

Emil İsmayılov Pərviz Şahbazov Luka Skiepatti TAP

Xəbər Lenti