Bazar ertəsi, 2 Mart, 2026
Tarix: 02 Mar 2026 15:38
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılır.
Bu barədə "APA-Economics"ə Fonddan bildirilib.
Qeyd edilib ki, adi ipoteka kreditləri üzrə vətəndaşlardan müraciətlərin qəbuluna 5 mart 2026-cı il tarixində saat 11:00-dan etibarən başlanılacaq. Güzəştli ipoteka kreditləri üzrə isə müraciət qəbulu 6 mart 2026-cı il tarixində saat 11:00-dan etibarən baş tutacaq.
Müraciətlərin qəbulu “Elektron ipoteka və kredit zəmanət” sistemi (www.e-gov.az) üzərindən elekton imza vasitələri (SİMA Token (Elektron İmza), SİMA Rəqəmsal, Asan İmza) ilə həyata keçiriləcəkdir.
Bununla əlaqədar olaraq, vətəndaşlara 04.03.2026-cı il tarixinədək elektron kabinetlərin formalaşdırılması tövsiyə edilir.
İpoteka kreditinin alınması üçün müraciətə dair istifadəçi təlimatı Fondun rəsmi internet səhifəsində (www.mcgf.gov.az/storage/Talimat.pdf), həmçinin “Elektron hökumət” portalının və “mygov” platformasının müvafiq bölmələrində yerləşdirilib.
Əşrəf Mehdiyev ipoteka qəbul vaxt kredit