Bazar ertəsi, 2 Mart, 2026
Tarix: 02 Mar 2026 17:00
Ötən ilin IV rübündə Azərbaycanda ödəniş kartları ilə ölkədaxili 1 milyon 783 min 31 manat həcmində 3 386 fırıldaqçılıq halı baş verib.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, III rüblə müqayisədə ölkə daxilində fırıldaqçılıq hallarının məbləği 50,45%, sayı isə 51,63% çoxdur.
Hesabat dövründə ödəniş kartları ilə ölkəxarici fırıldaqçılıq hallarının dəyəri 20,01 % artaraq 370 min 444 manat təşkil edib, fırıldaqçılıq hallarının sayı isə 29,7 % azalaraq 5 439 olub.
İlahə Səlimova rəqəmsal fırıldaqçılıq halları