Gürcü nazir: Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyini əhəmiyyətli dərəcədə gücləndirib

Tarix: 03 Mar 2026 13:38

Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyini və şaxələndirilməsini əhəmiyyətli dərəcədə gücləndirib. Gürcüstan bu prosesdə etibarlı tranzit ölkə qismində iştirakdan qürur duyur.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ic iclasında iştirak edən Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili "Facebook" səhifəsində yazıb.

O qeyd edib ki, Cənub Qaz Dəhlizi birgə səylərlə nələrə nail olmağın mümkünlüyünün bariz nümunəsidir.

"Gürcüstan Cənub Qaz Dəhlizinin fəal dəstəkçisi və əvəzolunmaz iştirakçısı olduğunu, eləcə də bütün tərəflər arasında strateji tərəfdaşlığa və qarşılıqlı faydalı əməkdaşlığa sadiq olduğunu sübut edib. Gürcüstan vasitəsilə nəql edilən təbii qaz beynəlxalq, xüsusən də Avropa İttifaqının enerji bazarlarının şaxələndirilməsi və təchizat təhlükəsizliyinin yaxşılaşdırılması üçün çox vacib əhəmiyyətə maikdir", - nazir yazıb.

Cəmilə Babayeva Gürcüstan Cənub Qaz Dəhlizi Avropa İttifaqı

Xəbər Lenti