Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 9% artıb

Tarix: 03 Mar 2026 15:15

2026-cı ilin yanvar ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 9% artaraq 268,4 milyon ABŞ dolları təşkil edib.

"APA-Economics" bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.

Bu dövrdə yeyinti məhsulları üzrə ixrac 22,6% artaraq 103 milyon ABŞ dollarına bərabər olub. Cari ilin birinci ayında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 169,3%, pambıq iplik 137,6%, bitki və heyvan mənşəli piylər və yağlar 90,8%, alüminium və onlardan hazırlanan məmulatlar 39,5%, meyvə-tərəvəz 32,1%, pambıq lifi 23,2%, çay 20,9%, spirtli və spirtsiz içkilər 14,2% artıb. 2026-cı ilin yanvar ayında aqrar məhsullar üzrə ixrac 32,6% artaraq 85,7 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac 21,9 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə, aqrar və aqrar-sənaye 2026-cı ilin yanvar ayı ərzində qeyrineft-qaz ixracı 268,4 milyon ABŞ dolları təşkil edib.

Cari ilin yanvar ayı ərzində yeyinti məhsullarının ixracı 103 milyon ABŞ dolları olub. 3 İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 4 məhsullarının birgə ixracı 23,8% artaraq 107,6 milyon ABŞ dolları təşkil edib.

Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (33 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qabığı təmizlənmiş meşə fındığı (29,3) ikinci, xurma (təzə) (22,3) isə üçüncü yerdə qərarlaşıb. 2026-cı ilin yanvar ayında Rusiya Federasiyasına 77 milyon ABŞ dolları, İsveçrəyə 38,6 milyon ABŞ dolları, Gürcüstana 31,6 milyon ABŞ dolları, Türkiyəyə 31,5 milyon ABŞ dolları, Ukraynaya isə 15,2 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

İlahə Səlimova

Xəbər Lenti