Qarabağ və Şərqi Zəngəzurda pərakəndə ticarət dövriyyəsinin həcmi açıqlanıb

Tarix: 03 Mar 2026 16:09

Ötən il Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında pərakəndə ticarət dövriyyəsinin həcmi ümumilikdə 1 milyard 980 milyon 519 min manat olub.

Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.

2025-ci ildə Qarabağ iqtisadi rayonu üzrə pərakəndə ticarət dövriyyəsi 1 milyard 696 milyon 447 min manat təşkil edib. Bu, 2024-cü il ilə müqayisədə 3,8% çoxdur.

İl ərzində bu göstərici Xankəndi şəhərində 15 milyon 184 min manat (illik 71,8% +), Ağcabədi rayonunda 425 milyon 576 min manat (illik 0,5% +), Ağdam rayonunda 127 milyon 470 min manat (illik 4,4% +), Ağdərə rayonunda 1 milyon 603 min manat (illik 47,1% +), Bərdə rayonunda 763 milyon 208 min manat (illik 4,5% +), Füzuli rayonunda 107 milyon 368 min manat (illik 9,7% +), Xocalı rayonunda 11 milyon 49 min manat (illik 5 dəfə +), Xocavənd rayonunda 5 milyon 766 min manat (illik 13,7% -), Şuşa rayonunda 15 milyon 183 min manat (illik 4,9% +), Tərtər rayonunda 224 milyon 37 min manat (illik 1,6% -) qeydə alınıb.

Ötən il Şərqi Zəngəzur iqtisadi rayonunda pərakəndə ticarət dövriyyəsinin həcmi 284 milyon 72 min manat olub. Bu isə, illik müqayisədə 10,5% çoxdur.

12 ayda pərakənd ticarət dövriyyəsinin həcmi Cəbrayıl rayonunda 29 milyon 773 min manat (illik 30,8% +), Kəlbəcər rayonunda 9 milyon 577 min manat (illik 55,8% +), Qubadlı rayonunda 208 milyon 709 min manat (illik 6,7% +), Laçın rayonunda 17 milyon 442 min manat (illik 33,4% +), Zəngilan rayonu 18 milyon 568 min manat (illik 3,9% -) təşkil edib.

Əşrəf Mehdiyev ticarət statistika

Xəbər Lenti