Çərşənbə axşamı, 3 Mart, 2026
Tarix: 03 Mar 2026 16:04
Yaşıl enerji layihələri enerji təhlükəsizliyi, iqtisadi fayda və ekoloji dayanıqlıq kimi üç əsas sütun üzərində qurulub.
"APA-Economics" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında bildirib.
Onun sözlərinə görə, artıq dörd ildir Məşvərət Şurası çərçivəsində yaşıl enerji istehsalı və regiondan Avropaya yaşıl enerjinin ixracı ilə bağlı mühüm layihələr müzakirə olunur.
"Azərbaycanda yaşıl enerji layihələrinin həyata keçirilməsi ilk növbədə ölkənin enerji təhlükəsizliyini möhkəmləndirir, eyni zamanda yaxın region və Avropa tərəfdaşları üçün əlavə təminat yaradır", - nazir qeyd edib.
Pərviz Şahbazov əlavə edib ki, bu layihələr iqtisadi baxımdan da qarşılıqlı fayda yaradır və Avropa İttifaqı ilə əməkdaşlığı daha da gücləndirir.
"Yaşıl enerji proqramlarının icrası ətraf mühitin qorunmasına və ekoloji təhlükəsizliyə ciddi töhfə verir", - deyə nazir yekunlaşdırıb.
Emil İsmayılov yaşıl enerji Avropa İttifaqı Pərviz Şahbazov