Borrero: Xəzər–Avropa yaşıl enerji dəhlizi üzrə əməkdaşlıq genişləndiriləcək

Tarix: 03 Mar 2026 16:02

Avropa İttifaqı Xəzər dənizi ilə Avropanı birləşdirəcək yaşıl enerji dəhlizi üzrə əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır.

“APA-Economics” xəbər verir ki, bunu Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğunun Enerji Platforması və Beynəlxalq Münasibətlər üzrə Hədəf Qrupunun direktoru Kristina Lobillo Borrero Yaşıl Enerji Məşvərət Şurasının iclasında bildirib.

Onun sözlərinə görə, “Avropanı Yenidən Birləşdirən Mexanizm” (Connecting Europe Facility) çərçivəsində ayrılan xüsusi Aİ maliyyəsi regionlararası enerji əlaqəliliyinin gücləndirilməsinə xidmət edir və bu layihə Avropa ilə Cənubi Qafqaz arasında inteqrasiyanın mühüm addımıdır.

Kristina Lobillo Borrero vurğulayıb ki, Aİ-nin dekarbonizasiya, elektrikləşmə və enerji əlaqəliliyi hədəflərinə çatması yalnız dövlət siyasəti ilə deyil, güclü və davamlı özəl investisiyalarla mümkündür. Bunun üçün şəffaf, bazar əsaslı tənzimləmə mühiti və rəqabətli satınalma mexanizmləri vacibdir.

O qeyd edib ki, Avropa şirkətləri beynəlxalq tərəfdaşlarla birgə layihələrə investisiya qoymağa hazırdır və resursların, texnologiyaların və uzunmüddətli strategiyanın birləşdirilməsi yaşıl enerji layihələrinin sürətləndirilməsinə imkan verəcək.

Rahim Tarıverdiyev yaşıl enerji

Xəbər Lenti