Çərşənbə axşamı, 3 Mart, 2026
Tarix: 03 Mar 2026 15:53
Xəzər regionunda enerji sisteminin struktur transformasiyası artıq yeni mərhələyə qədəm qoyub. Bölgədə həm ənənəvi qaz infrastrukturu qorunur, həm də yaşıl enerji dəhlizləri formalaşır.
APA xəbər verir ki, bunu Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə rəhbəri Sunniya Durani Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında deyib.
O, Xəzər regionunda bərpa olunan enerji sahəsində artan potensialı da xüsusi qeyd edib. Böyük həcmli günəş layihələri ilə yanaşı, Xəzər hövzəsində dənizdə külək enerjisi imkanlarının inkişafı istiqamətində işlərin aparıldığını bildirib:
"AİB hazırda dənizdə külək enerjisi layihələrinin irəlilədilməsi, regional ötürmə xətlərinin birləşdirilməsi və şəbəkələrin rəqəmsallaşdırılması istiqamətində fəal dəstək göstərir. Bankımız enerji keçidi prosesində etibarlı və uzunmüddətli tərəfdaş olaraq qalmağa hazırdır", - bankın numayəndəsi bildirib.
Onun sözlərinə görə, investisiyalar həm mövcud enerji sabitliyini qorumağa, həm də gələcək dekarbonizasiyaya şərait yaratmağa yönəlməlidir.
İlqar Xudiyev AİB Azərbaycan layihələr