IFC: Azərbaycan regional enerji habına çevrilə bilər

Tarix: 03 Mar 2026 16:57

Azərbaycan təkcə enerji təchizatçısı deyil, eyni zamanda regionda əlaqələndirici enerji habına çevrilmək potensialına malikdir.

“APA-Economics” xəbər verir ki, bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Qərbi Balkanlar və Cənubi Qafqaz üzrə direktoru Wiebke Schloemer Bakıda keçirilən Yaşıl Enerji Məşvərət Şurasının iclasında bildirib.

Onun sözlərinə görə, enerji keçidi yalnız istehsal güclərinin artırılması deyil, həm də şəbəkələrin modernləşdirilməsi və institusional imkanların gücləndirilməsi ilə müşayiət olunmalıdır.

IFC rəsmisi qeyd edib ki, qurumun prioriteti özəl investisiyaların səfərbər edilməsi və iri enerji layihələrinin maliyyələşdirilməsi üçün strukturlaşdırma mexanizmlərinin tətbiqidir. Bu çərçivədə dövlət-özəl tərəfdaşlığı (PPP) layihələri və böyükmiqyaslı bərpa olunan enerji təşəbbüsləri dəstəklənir.

Wiebke Schloemer vurğulayıb ki, ofşor külək enerjisi üzrə yol xəritəsi təxminən 160 giqavatlıq texniki potensial müəyyən edib və bu, uzunmüddətli investisiya imkanlarına işarədir.

O əlavə edib ki, IFC Azərbaycan hökuməti və beynəlxalq tərəfdaşlarla birlikdə strateji infrastruktur layihələrində özəl sektor iştirakını təşviq etməyə davam edəcək.

Rahim Tarıverdiyev Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) enerji

Xəbər Lenti