Çərşənbə, 4 Mart, 2026
Tarix: 04 Mar 2026 10:29
Azərbaycanın kofe texnologiya startapı Coffeein sürətli inkişaf mərhələsinə qədəm qoyub. Platformanın istifadəçi sayı 15 mini ötüb, partnyor məkanların sayı isə 200-dən çox təşkil edir.
Mobil tətbiq vasitəsilə istifadəçilər balans artıraraq startapın partnyor məkanlarında QR kodla ödəniş edərək 10–20% keşbek qazana və "Premium" abunəlik modeli ilə “limitsiz kofe” konseptindən yararlana bilirlər. Balansla ödənişlərə bir çox partnyorlarda yalnız kofe deyil, həmçinin bütün menyunun ödənişini etmək imkanı da təqdim olunur. Həmçinin istifadəçilərinin rahatlığı üçün balansının artırılması "Apple Pay" və "Google Pay" ödəniş sistemləri vasitəsilə mümkündür. Bu tamamilə təhlükəsiz və sürətli balans artırmaq üsuludur.
Coffeein hazırda Azərbaycanın geniş kofe partnyor şəbəkələrindən birinə sahib texnoloji platformalardan biridir.
Beynəlxalq genişlənmə hədəfi
Startap artıq regional ekspansiya planlarını aktiv fazaya keçirib. Coffeein yaxın dövrdə Özbəkistan və Qazaxıstan bazarlarına giriş etməyi hədəfləyir.
Coffeein-in həmtəsisçisi və “Chief Business Officer”i Elçin Cabbarov bildirib ki, platformanın böyüməsi bazarın rəqəmsal ödəniş və loyallıq həllərinə artan tələbatı ilə paralel inkişaf edir:
“15 mindən çox istifadəçiyə çatmağımız və 200+ partnyorlara əməkdaşlıq etməyimiz onu göstərir ki, bazar innovativ və istifadəçi dostu həllərə hazırdır. Məqsədimiz Coffeein-i regionun aparıcı kofe texnologiya platformasına çevirməkdir. Özbəkistan və Qazaxıstan bazarlarına giriş üçün ilkin hazırlıq mərhələsini tamamlayırıq.”
Yeni funksiya – CoffeeMate
Platformaya əlavə edilən “CoffeeMate” (BETA) funksiyası istifadəçilərə məkan daxilində anonim(mobil nömrə təqdim etmədən) və təhlükəsiz şəkildə ünsiyyət qurmaq (netvörkinq) imkanı yaradır. Funksiya istifadəçi gizliliyini qorumaqla sosial qarşılıqlı əlaqəni təşviq edir.
Coffeein-in həmtəsisçisi və “Chief Operation Officer”i Elvin Əmirov bildirib:
“CoffeeMate sadəcə sosial funksiya deyil, bu, fiziki məkanlarda rəqəmsal icma qurmaq alətidir. Biz istifadəçi məxfiliyini prioritet saxlayaraq yeni nəsil netvörkinq təcrübəsi təqdim edirik.”
B2B istiqamətində yeni mərhələ
Coffeein artıq B2B satış modelinə də start verib. Şirkətlər üçün təqdim olunan həllər korporativ əməkdaşlar üçün kofe balansı, loyallıq proqramları və partnyor şəbəkəsində vahid ödəniş infrastrukturu qurmağa imkan verir.
Həmtəsisçi və “CTO” Kənan Əhmədov is öz növbəsində bunları bildirib:
“Texnoloji infrastrukturumuzu həm “B2C”, həm də “B2B” seqmentinə uyğun şəkildə qurmuşuq. Şirkətlər üçün rəqəmsal qəhvə həlləri artıq əməkdaş motivasiyası və müştəri loyallığı alətinə çevrilir.”
Netty Milli İnternet Mükafatında ikinci dəfə birinci yer!
Coffeein 2025-ci ildə 2-ci dəfə Netty Milli İnternet Mükafatında birinci yerə layiq görülüb. Bu uğur platformanın həm texnoloji, həm də məhsul strategiyası baxımından davamlı inkişafını təsdiqləyir.
Şirkət yaxın aylarda həm regional genişlənmə, həm də məhsul funksionallığının genişləndirilməsi istiqamətində ictimaiyyətlə yeni xəbərlərini bölüşməyi planlaşdırır.
Coffeein tətbiqini bu linkə smartfon vasitəsilə keçid edərək yükləyə bilərsiniz: https://coffeein.az/app
APA-Economics coffeein

