Qazaxtan fevralda BTC ilə neftin tranzitini artırıb

Tarix: 04 Mar 2026 11:41

Qazaxıstan bu ilin fevral ayında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 115 min ton neft nəql edib.

“APA-Economics”in “İnterfaks-Qazaxıstan”a istinadən verdiyi məlumata görə, bu barə Qazaxıstan Respublikasının magistral neft kəməri üzrə milli operatoru olan “KazTransOyl” şirkəti məlumat yayıb.

Məlumata görə, Qazaxtan neftinin BTC ilə tranziti ferral ayında yanvar ayı ilə müqayisədə 8,5% artıb.

Qeyd edək ki, 2025-ci ildə Qazaxıstan BTC vasitəsilə 1,2 mln. ton neft tranzit edib.

Hazırda BTC boru kəməri, əsasən, Azərbaycandan “Azəri-Çıraq-Günəşli” blokunda hasil edilən neft və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur.

BTC Co.-nun səhmdarları: bp (30.1%), SOCAR (32.97%), MOL (8.90%), TPAO (6.53%), Eni (5%), TotalEnergies (5%), ITOCHU (3.4%), ONGC Videsh (3.1%), ExxonMobil (2.5%) and INPEX (2.5%).

Emil İsmayılov BTC Qazaxıstan neftin tranziti

Xəbər Lenti