Çərşənbə, 4 Mart, 2026
Tarix: 04 Mar 2026 12:31
Bu ilin yanvar ayında "Prime Cotton” MMC 9,2 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
“APA-Economics” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 84% və ya 1,8 dəfə çoxdur.
Xatırladaq ki, 2025-ci ilin yanvar ayında şirkət 5 milyon dollarlıq məhsul ixrac etmişdi.
Onu da bildirək ki, cari ilin yanvar ayında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı subyektlərinin reytinqində "Prime Cotton” MMC 3-cü yerdə qərarlaşıb.
"Prime Cotton" MMC xam pambıqdan əsasən mahlıc, çiyid habelə lint, uluk və tiftik əldə edərək iplik , pambıq yağı, pambıq toxumu və jımıx istehsalını həyata keçirir. Bu məhsullar əsasən Türkiyə, Rusiya və digər MDB ölkələrinə, eyni zamanda Avropa, Yaxın və Uzaq Şərq ölkələrinə ixrac edilir.
İlahə Səlimova Prime Cotton MMC ixrac gəlirləri