Cümə, 6 Mart, 2026
Tarix: 05 Mar 2026 23:21
Mövcud vəziyyət nəzərə alınaraq, Azərbaycan vətəndaşlarının Bakı ilə Naxçıvan arasında alternativ nəqliyyat əlaqəsindən istifadə edə bilmələri üçün AZAL-ın Bakı-İğdır-Bakı marşrutu üzrə növbəti uçuş cədvəli hazırlanıb.
APA xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb. Cədvələ əsasən 6 mart 2026-cı il tarixinə planlaşdırılan reyslər aşağıdakı kimidir:
Reys
Bakıdan qalxma
İğdıra enmə
Avtobusun İğdırdan yola düşməsi
Avtobusun Naxçıvandan yola düşməsi
İğdırdan qalxma
Bakıya
enmə
J2 2251 / 2252
16:30
17:30
18:30
14:00
18:30
21:30
J2 2253 / 2254
17:30
18:30
19:30
15:00
19:30
22:30
J2 2255 / 2256
18:30
19:30
20:30
16:00
20:30
23:30
J2 2257 / 2258
19:30
20:30
21:30
17:00
21:30
00:30 (+1 gün)
Uçuşa gələrkən aşağıda qeyd olunan vacib məqamlar nəzərə alınmalıdır:
sərnişinlər uçuş vaxtından ən azı 1 saat yarım öncə hava limanına yaxınlaşmalı; üzərlərində xarici pasport və ya yeni nəsil şəxsiyyət vəsiqələrini götürməlidirlər.
Sərnişinlərlə uçuş cədvəlində hər hansı bir dəyişiklik baş verdiyi təqdirdə ətraflı məlumat paylaşılacaq.