Xocalının Təzəbinə və Seyidbəyli kəndlərinə növbəti köç olub

Tarix: 06 Mar 2026 15:12

Martın 6-da Xocalı rayonunun Təzəbinə və Seyidbəyli kəndlərinə növbəti köç prosesi həyata keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, bu mərhələdə Təzəbinə kəndinə 51 nəfərdən ibarət 9 ailə, Seyidbəyli kəndinə isə 16 nəfərdən ibarət 4 ailə köçürülüb.

Beləliklə, ümumilikdə 13 ailə olmaqla 67 nəfər doğma yurduna qayıdıb.

Xocalı şəhərində ailələrə yeni evlərinin açarlarını təqdim edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev sakinləri təbrik edib. O, həmçinin Xankəndi şəhəri, Xocalı rayonu və Ağdərə rayonu ərazilərində aparılan genişmiqyaslı bərpa-quruculuq və tikinti işləri barədə məlumat verib. Bildirib ki, sakinlərin burda rahat, təhlükəsiz yaşayışı üçün bütün zəruri infrastruktur yaradılıb. Hər iki kənddə sakinlər elektrik enerjisi, təbii qaz və içməli su ilə tam təmin olunublar.

Qeyd edək ki, "Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə mərhələli şəkildə köç prosesi davam etdirilir.

Elgün Gəncimsoy Xocalı köç Təzəbinə və Seyidbəyli kəndləri

Xəbər Lenti