Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Tarix: 07 Mar 2026 10:56

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.

"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin aprel fyuçerslərinin qiyməti 1,58% artaraq 5 158,7 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin may fyuçerslərinin qiyməti də 2,59% artaraq 84,311 ABŞ dolları olub.

Emil İsmayılov COMEX qızıl gümüş

Xəbər Lenti