FHN: Xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kubokunda təhlükəsizlik yüksək səviyyədədir - VİDEO

Tarix: 07 Mar 2026 15:00

Ölkəmizdə ilk dəfə Qusar rayonu, “Şahdağ” Turizm Mərkəzində keçirilən xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kuboku ilə əlaqədar yarış keçirilən məkanda və ətrafında baş verə biləcək mümkün fövqəladə halların qarşısının çevik alınması məqsədilə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən ərazidə fasiləsiz xidmət aparılır.

APA xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Bununla yanaşı, Nazirliyin aidiyyəti nəzarət qurumları tərəfindən səlahiyyətlərinə uyğun, o cümlədən kanat və qaldırıcı qurğuların təhlükəsiz istismarı, yanğın təhlükəsizliyi və digər istiqamətlər üzrə müvafiq monitorinqlər həyata keçirilib.

FHN Xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kuboku

Xəbər Lenti