Paytaxtda ictimai iaşə dövriyyəsi 10% artıb

Tarix: 10 Mar 2026 10:15

Bu ilin yanvar ayında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 117,7 milyon manat olub.

"APA-Economics" Bakı Şəhər Statisika İdarəsinə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10 faiz artıb.

Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 91,8 milyon manat olub ki, bu da ümumi dövriyyənin 77,9 faizini təşkil edib.

İlahə Səlimova Bakı ictimai iaşə dövriyyəsi

Xəbər Lenti