Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN ilə aparılacaq

Tarix: 10 Mar 2026 12:40

Sığortaolunanların sığortaçıda uçotu yalnız fərdi identifikasiya nömrəsi (FİN) ilə aparılacaq.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Əmək Məcəlləsində, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə” qanunda əksini tapıb.

Beləliklə, sosial sığorta nömrəsi ilə sığortaolunanların sığortaçıda uçotu aparılmayacaq.

Bu Qanun 2026-cı il iyulun 1-dən qüvvəyə minir.

Firuzə Vahid FİN

Xəbər Lenti