Ev alanlara geri ödənilən ƏDV-nin həcmi açıqlanıb

Tarix: 10 Mar 2026 17:42

Azərbaycanda bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması ilə bağlı “ƏDV geri al” layihəsi uğurla davam etdirilir.

Dövlət Vergi Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, bu ilin yanvar-fevral aylarında yaşayış və qeyri-yaşayış sahələrinin nağdsız qaydada alışı zamanı ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılmış həcmi 6 milyon 715,7 min manat təşkil edib.

İlahə Səlimova yaşayış və qeyri-yaşayış sahələri ƏDV

Xəbər Lenti