ABŞ fond bazarlarında əsas indekslər üzrə eniş müşahidə olunub

Tarix: 11 Mar 2026 09:17

ABŞ fond bazarlarında ticarət sessiyası əsas indekslər üzrə azalma ilə başa çatıb.

"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Dow Jones sənaye indeksi 0,07% azalaraq 47 706,51 bəndə, S&P 500 indeksi 0,21% azalaraq 6 781,48 bəndə, NYSE Composite indeksi isə 0,33% azalaraq 22 546,68 bəndə düşüb. Bununla yanaşı, texnologiya şirkətlərinin üstünlük təşkil etdiyi Nasdaq Composite indeksi 0,01% artaraq 22 697,10 bəndə yüksəlib. Kanadanın S&P/TSX Composite indeksi isə 0,25% artaraq 33 270,65 bəndə çatıb.

Avropa fond bazarlarında əsas indekslərdə isə artım müşahidə olunub. Euro Stoxx 50 indeksi 2,67% artaraq 5 837,17 bəndə, Böyük Britaniyanın FTSE 100 indeksi 1,59% artaraq 10 412,24 bəndə, Almaniyanın DAX indeksi 2,39% yüksələrək 23 968,63 bəndə, Fransanın CAC 40 indeksi isə 1,79% artaraq 8 057,36 bəndə çatıb. İspaniyanın IBEX 35 indeksi də 3,05% artaraq 17 445,00 bəndə yüksəlib.

Asiya-Sakit okean regionunda da fond bazarlarında əsasən müsbət dinamika qeydə alınıb. Yaponiyanın Nikkei 225 indeksi 2,48% artaraq 55 593,58 bəndə, Topix indeksi 1,90% artaraq 3 734,00 bəndə, Honq Konqun Hang Seng indeksi 0,08% artaraq 25 981,77 bəndə, Çinin CSI 300 indeksi isə 0,51% yüksələrək 4 698,45 bəndə çatıb. Avstraliyanın S&P/ASX 200 indeksi 0,59% artaraq 8 743,70 bəndə, MSCI Asia Pacific indeksi isə 3,19% artaraq 243,22 bəndə yüksəlib.

Analitiklər qeyd edirlər ki, qlobal bazarlardakı bu dinamika investorların Yaxın Şərqdə artan geosiyasi gərginliyin enerji qiymətləri və qlobal iqtisadi artıma təsirləri ilə bağlı riskləri qiymətləndirməsi fonunda formalaşıb.

Rahim Tarıverdiyev fond bazarları indeks birja

Xəbər Lenti